Milli Taksi – Azərbaycanda fəaliyyət göstərən taksi sifarişi operatorudur. Biz sərnişinlərə rahat, təhlükəsiz və əlçatan nəqliyyat həlləri təqdim edərək, şəhər nəqliyyatında optimal seçim olmağı hədəfləyirik.

Şirkətimiz taksi sifarişlərinin operativ və rahat şəkildə həyata keçirilməsini təmin edir. Müasir texnologiyalar sayəsində istifadəçilər qısa zamanda taksi çağıraraq, sərfəli qiymətlərlə xidmət əldə edirlər. Eyni zamanda, Milli Taksi sürücülər üçün əlverişli əməkdaşlıq şərtləri yaradaraq, minimum komissiya siyasəti tətbiq edir ki, bu da onların qazancını artırmağa imkan verir.

Fəaliyyətimiz şəffaflıq və etibarlılıq prinsiplərinə əsaslanır. Müştəri məmnuniyyəti bizim üçün prioritetdir və biz göstərdiyimiz xidmətin keyfiyyətinə daim nəzarət edirik.

Əlaqə məlumatları

📍 Ünvan: Xətai rayonu, General Şıxinski küçəsi, ev 1
📞 Telefon: +994 557768959
📧 E-poçt: [email protected]
VÖEN: 1309160621

Milli Taksi – Gözlədiyin gəldi